IQNA

Feysbukun İslami nüsxəsi gəlir / "Salam World" 2015-də istifadəyə veriləcək

23:52 - December 06, 2014
Xəbər sayı: 2615764
Beynəlxalq qrup: Feysbuka oxşar yeni bir ictimai şəbəkə fəaliyyətə başlayacaqdır. Bu dəfə müsəlmanlar üçün öndə gedən halal və islami virtual fəza yaratmaq üçün nəzərdə tutulan bu şəbəkənin adı "Salam dünya" (Salam World) olacaqdır. İslami sosial şəbəkə 2015-ci ildə istifadəyə veriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "rfi.fr" informasiya saytına istinadən verdiyi xəbərə görə Feysbuka oxşar yeni bir ictimai şəbəkə fəaliyyətə başlayacaqdır. Bu dəfə müsəlmanlar üçün öndə gedən halal və islami virtual fəza yaratmaq üçün nəzərdə tutulan bu şəbəkənin adı "Salam dünya" (Salam World) olacaqdır. İslami sosial şəbəkə 2015-ci ildə istifadəyə veriləcəkdir.
"Salam Dünya" adlı bu "feysbuk"a oxşar ictimai şəbəkə hal-hazırda sınaq mərhələsindən keçmək üzərədir.
Bu şəbəkənin təsisçiləri söz veriblər ki, insanlara İslami və yeni bir həyat bəxş etmək üçün onlara yeni bir şəbəkə təqdim edəcəklər.
Saytın dizaynerlərin dediklərinə görə bu ictimai şəbəkə fəaliyyətə başladığı il 50 milyon nəfər üzv olacaqdır.
Bu saytın əsas mənbəyi Türiyədə yerləşəcək və 2015-ci ilin yazında öz fəaliyyətinə başlayacaqdır.
Türkiyənin "hürriyyət" qəzetinin yazdığına görə bu şəbəkədə müsəlman cavanlarının hidayəti və avropalıların İslamla daha yaxından tanışlığı üçün materiallar paylanacaqdır.
2615591

Teqlər: feycbuk ، İslamı ، nüsxə ، facebook
captcha