IQNA

İraqın baş naziri Ayətullah Sistaninin fətvası ilə bağlı bəyaniyyə verdi

23:54 - June 13, 2015
Xəbər sayı: 3313878
Beynəlxalq qrup: Heydər Əl-İbadi – İraqın baş naziri, bəyaniyyə yayaraq Ayətullah Üzma Seyid Əli Sistaninin keçən il "kifayi cihad" barədə verdiyi fətvanın öldünümü münasibətilə vurğuladı: "Bu fətva İraqı düşmənlərinin çirkin və pis hiylələrindən nicat verdi".


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əs-suməriyyə nyuz" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Heydər Əl-İbadi – İraqın baş naziri, bəyaniyyə yayaraq Ayətullah Üzma Seyid Əli Sistaninin keçən il İŞİD-ə qarşı "kifayi cihad" barədə verdiyi fətvanın ildönümü münasibətilə vurğuladı: "Ayətullah Üzma Seyid Əli Sistanin keçən il İŞİD-ə qarşı cihad üçün verdiyi fətva İraqı düşmənlərinin çirkin və pis hiylələrindən nicat verdi və İŞİD-in regionda irəliləməsinin qarşını aldı".



Bəyaniyyədə deyilir: Keçən il bu günlərdə idi ki, Mosul şəhərinin İŞİD-in əli ilə süqutundan sonra İraqın dini mərcəsi Ayətullah Üzma Seyid Əli Sistani öz tarixi fətvasını verərək ölkəmizi və müqəddəslərimizi müdafiə üçün xalqı ayağa qaldırdı. Bu fətvanın dəqiq və münasib zamanda sadir olunması, mərcəmizin ölkənin vəziyyətini dəqiq nəzərdə saxlaması və vaxtında lazım olan addımı atmaqda iradə və əzminin göstəricisidir. Bu fətva düşmənlərin hiyləsini və pis niyyətlərini öz başlarına saldı.



Sözügedən cihad fətvasından sonra İŞİD-in uğursuzluğa düçar olduğunu bildirən əl-İbadi, "Bu cihad çağırışı ardıcıl qələbələrin reallaşmasına və bir çox rayonun işğaldan azad edilməsinə vəsilə oldu. Xalqımız gəncindən və yaşlısından asılı olmadan bu fətvaya qulaq verərək, tarixdə qızıl hərflərlə yazılacaq uğurlara imza atdı", - deyə qeyd edib.



3313433   

Teqlər: sistani ، İraq ، əhl ، kitab ، cihad ، fətva
captcha