IQNA

Misirin bəzi istirahət mərkəzləri və restoranlarına hicablı giriş qadağan olundu

9:20 - August 01, 2015
Xəbər sayı: 3337253
Beynəlxalq qrup: Misirin bir çox restoran və istirahət mərkəzləri qadınların bu yerlərə hicablı girişini qadağan elan etdilər. Onlar bu yerlərdə qadınlara hicab qadağasını öz qanunları olaraq yazıblar. Buna görə də Misirin hicablı qadınları üçün bu yay çox çətin keçməkdədir.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİNA xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Misirin bir çox restoran və istirahət mərkəzləri qadınların bu yerlərə hicablı girişini qadağan elan etdilər. Xəbərlərə görə Hicablı girişi qadağan edən istirahət mərkəzləri və restoranların sayı durmadan artmaqdadır.



Buna görə də Misirin ictimai şəbəkə istifadəçiləri keçən həftədən başlayaraq hicab qadağası qoyan və hicablı xanımların restoran və istirahət mərkəzlərinə girməsini qadağan edən təşkilatların və gəzinti mərkəzlərin əleyhinə aksiyaya başlayıblar. İctimai şəbəkə istifadəçiləri dindar xanımlar əleyhinə olan bu qadağanı dini ayrı-seçkilik və hicablı xanımlara qarşı zorakılıq adlandırıblar.



Misirin Turizm Nazirliyi bununla bağlı açıqlamasında bildirib ki, nazirlik tərəfindən hicablı xanımların istirahət mərkəzinə girişin qadağası ilə bağlı heç bir qanun və göstəriş verilməyibdir.



Turizm nazirliyi vətəndaşlardan istəyib ki, hicablı xanımlara məhdudiyyət yaradan hotel, restoran və istirahət mərkəzlərindən məhkəməyə şikayət etsinlər.



Qeyd edək ki, 80 milyonluq Misr xalqının 90% - ini müsəlmanlar təşkil edir.      



http://www.iqna.ir/fa/News/3337058

Teqlər: misr ، hicab ، restoran ، turizm
captcha