IQNA

Müqavimət alimləri birliyinin baş katibi:

Məhəmməd İslamının müqavimət təfəkkürü Hüseynidir!

13:21 - October 21, 2015
Xəbər sayı: 3391242
Beynəlxalq şöbə: Şeyx Mahir Həmud vurğuladı: İran, Livan və Fələstin müqavimət hərəkatının əsas təfəkkürü Məhəmməd İslamının Hüseyn (ə) hərəkatından qaynaqlanır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-mənar” xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, Şeyx Mahir Həmud – müqavimət alimləri birliyinin baş katibi, vurğuladı:  İran, Livan və Fələstin müqavimət hərəkatının əsas təfəkkürü Məhəmməd İslamının Hüseyn (ə) hərəkatından qaynaqlanır. Müqavimət hərəkatı bütün İslami mübarək fəthlərdən, o cümlədən Bədr, Ühüd, Təbuk və b. İslami cihadlardan qidalanır.



Şeyx Mahir Həmud – müqavimət alimləri birliyinin baş katibi, sözünün davamında dedi: Livan və Fələstin müqavimət hərəkatı hörmətə və təqdirə layiqdir. Bu müqavimətlə savaşmaq məzhəbçilik bəhanəsini sual altında qoyur.



O vurğuladı: Fələstin cavanları hamı üçün ülgü və nümunədir. Livan müqaviməti özünün Allah yolunda ciha vəzifəsini ifa edir.



Şeyx Mahir Həmud – müqavimət alimləri birliyinin baş katibi, Məhəmməd əl-Əsirin – radikal vəhabi şeyxi, məhkəməsinin gedişində əngəl yaratmaq üçün hər cür siyasi bəhanələr düzəltməyi məhkum etdi və bildirdi ki, bu cinayətkar məzhəb və partiya məsələlərini nəzərə almadan cəzalandırılmalıdır.



3391010

Teqlər: livan ، fələstin ، müqavimət ، suriya ، cihad ، məzhəb
captcha