IQNA

Cənubi Koreyanın müsəlman turistləri cəlb etmək üçün xüsusi proqramları

13:38 - February 16, 2016
Xəbər sayı: 3480185
Tehran, 16.02.2016 – Cənubi Koreyanın Turizm Təşkilatı elan edib ki, cari ildə bir milyon müsəlman turisti bu ölkəyə cəlb etmək üçün xüsusi proqramlar həyata keçirəcəkdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Korea Times” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Cənubi Koreyanın Turizm Təşkilatı elan edib ki, cari ildə bir milyon müsəlman turisti ölkəsinə cəlb və onların bu ölkəyə səfər etməsini təmin etmək məqsədi ilə xüsusi proqramlar həyata keçirməyə çalışacaqdır.
Cənubi Koreyanın Turizm Təşkilatı bildirib ki, müsəlman turistlərin ölkədə rifahını daha da yaxşı təmin etmək üçün "Müsəlmanlar sevən Koreya” devizi ilə il boyu bir sıra proqramlar və layihələr həyata keçirəcəkdir.
Bu layihə Cənubi Koreyanın turizm sahəsini genişləndirmək üçün həyata keçirəcəyi proqramın bir hissəsidir. Cənubi Koreya bu layihənin icrası ilə "Mers” xəstəliyinin yayılması nəticəsində ölkəsinə dəyən zərərlərin bir qismini təmin etmək istəyir.
Cung Çang Su (Cənubi Koreyanın Turizm Təşkilatının icraçı müdiri) bildirib ki, Cənubi Koreyaya səfər edən turistlərin əksəriyyəti Çin və Yaponiyadandır və bu da ölkənin bu iki ölkədən asılı vəziyyətə salır. Dünya cəmiyyətinin 23 faizini müsəlmanlar təşkil edir və Cənubi Koreya müsəlman ölkələrindən turistlərin ölkəyə səfərində maraqlıdır. Layihə çərçivəsində ölkənin 140 restoranında müsəlman turistlər üçün halal yeməklər veriləcək. Müəslmanların namaz qılması üçün namazxanalar təsis olunacaq. Həmçinin cari ildə bu ölkədə Halal Yeməklər Festivalı da keçiriləcək. Müsəlmanlara faydalı olacaq yerləri tanıtdırmaq üçün telefon proqramları da hazırlanacaqdır.
3476015

captcha