IQNA

Vəhabi müftiləri öz "qarın"larına ibadət edir və tapınırlar + FOTO

8:29 - November 30, 2016
Xəbər sayı: 3481070
Səudiyyəli vəhabi mütfisi İordaniyanın ləziz xörəyi "münsif"ə "iman gətirdim" deməsinin video görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra bu məsələ istifadəçilərin qəzəbinə səbəb olub.

İQNA-nın verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının "cihad nikahı" müftisi sayılan və həmişə axmaq fətvaları ilə yadda qalan Məhəmməd Əl-Ərifi yenə də Ərəb dünyasında sosial şəbəkə istifadəçilərinin hiddət və qəzəbinə tuş gəlib.

Ərifi İordaniya parlamneti nümayəndəsi Məhəmməd Nuh əl-Qüzatın təşkil etdiyi qonaqlıqda İordaniyanın ləziz xörəyi sayılan "münsif"i tərifləyərək deyib: "İndi Allaha və sonra "münsif"ə iman etdim, "münsif" ən yaxşı xörəkdir və daha öncə bu yeməyi tərifləmədiyimə görə "tövbə" edirəm".

O daha sonra üzünü parlament nümayəndələrinə tutaraq deyib: "Mənim tövbəmi qəbul edirsinizmi?".

Parlament nümayəndələri "səni bağışladıq" deyə cavab verirlər.

Ərifi əlavə edir: "Belə isə tövbə edirəm, üç dəfə tövbə edirəm".

غذایی که مفتی سعودی به آن ایمان آورد! + عکس

Səudiyyəli vəhabi mütfisi İordaniyanın ləziz xörəyi "münsif"ə "iman gətirdim" deməsinin video görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra bu məsələ istifadəçilərin qəzəbinə səbəb olub və onlar müftinin bu rəftarını məhkum edərək deyiblər:

"Onlar (Ərəb dövlətlərinin məsulları və vəhabi müftiləri) ləziz yeməklərdən yeyirlər və terroristlər üçün bomba göndərirlər ki, günahsız insanları öldürsünlər.

Sən "münsif" yeməkdən ləzzət alırlar, bir halda ki, minlərlə müsəlman köçkün və qaçqın bu soyuq havalarda sənin kimilərin verdiyi axmaqcasına fətvalara görə əzablar çəkirlər".

Yəmənli bir sosial şəbəkə istifadəçisi yazır: Vətənimin təcavüzkar ərəblərin mühasirəsi və aclıq sıxıntısı şəraitində yaşamasına baxmayaraq, sənin kimi zibillərin belə zarafatları bizim iradəmizi sındıra bilməyəcək və sizi Yəmən xalqına qalib etməyəcək!

http://iqna.ir/fa/news/3549951


captcha