İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin Halmstad şəhərində bir qrup radikal irqçi və anti-İslam adamlar kampaniya təşkil edərək bu şəhərdə tikilməkdə olan məscidin tikintisini əngəlləmək istəyirlər.
İsveçin Halmstad şəhərinin tikilmə planı bir müddət öncə başlamışdır. Bu məsələ qaldırıldığı gündən indiyədək məscidin tikilməsi lahiyəsi ətrafında çəkişmələr gedir.
Dik Heirson adlı universitet müəllimi bir qrup radikal irqçi və anti-İslam insanı da ətrafına toplayaraq məscidin tikilməsinin qarşısını almaq üçün kampaniya keçirməyə başlayıb.
Herison deyir ki, müsəlman mədəniyyəti İsveç üçün məqbul deyildir və şəhər icra hakimi və bələdiyyə idarəsi ən tez zamanda bu məscidin tikilməsinin qarşısını almalıdır.
Dik Heirson iddiasına edir ki, müsəlmanlar üçün məscid tikmək İsveç mədəniyyətini məhv edəcəkdir.
Qeyd edək ki, bundan öncə də Halmstad şəhərinin məsullarının e-maillərinə məscidin tikintisinə etiraz edən təhdid məktubları da göndərilmişdi.
http://www.iqna.ir/fa/news/3654612