IQNA

Müsəlmanların tərəfdarları Ağ Ev önündə aksiya keçirdilər

2:13 - October 20, 2017
Xəbər sayı: 3482286
Amerikada ikinci federal hakimin Trampın anti-miqrant fərmanı əleyhinə hökm verməsinin ardınca yüzlərlə insan Ağ Evin önünə axışaraq müsəlmanları və miqrantları dəstəklədiklərini bildirilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikada ikinci federal hakimin ABŞ prezidenti Donald Trampın anti-miqrant fərmanı əleyhinə hökm verməsinin ardınca yüzlərlə insan Ağ Evin önünə axışaraq ətraf xiyabanlarda aksiya keçirdilər və müsəlmanları və miqrantları dəstəklədiklərini elan etdilər.

"Desert News" xəbər agentliyinin verdiyi məlumata görə, cari həftənin üçüncü günü, 18 Oktyabr 2017-ci il, yüzlərlə müsəlman, məsihi, yəhudi və digər din və məzhəblərin davamçıları Ağ Evin önündə və ətraf xiyabanlarda Trampın anti-miqrant fərmanı əleyhinə aksiya keçiriblər və miqrantları və müsəlmanları himayə etdiklərini elan bildiriblər.

"Müsəlmanlara qadağa, heç vaxt" devizi ilə keçirilən bu aksiyada Trampın anti-miqrant fərmanına etiraz edənlər Ağ Evin ətrafındakı xiyabanları gəzərək Donald Trampın beynəlxalq hotelinə sarı hərəkət ediblər. Aksiyaçılar natiqlərin çıxışlarına qulaq asaraq "müsəlmanlara qadağa, heç vaxt" şüarı səsləndiriblər.

Qeyd edək ki, son günlərdə Amerikanın iki federal məhkəməsi Trampın anti-miqrant fərmanının əleyhinə hökm çıxarıblar.

Xatırladaq ki, Trampın anti-miqrant fərmanına əsasən bəzi ölkələrin, o cümlədən İran, Liviya, Suriya, Yəmən, Sumali, Çad, Şimali Koreya və Venezuela vətəndaşları Amerikaya səfər edə bilməzlər.

http://www.iqna.ir/fa/news/3654567


captcha