IQNA

Bu gün İraqda İŞİD-ə qələbə günüdür

11:15 - December 10, 2017
Xəbər sayı: 3482488
İraqın baş naziri Heydər Əl-İbadi, İraqın terrorçu İŞİD qrupuna son qələbəsini elan edərək bazar günü dekabrın 10-cu gününü rəsmi tətil günü elan edi.

Bu gün İraqda İŞİD-ə qələbə günüdürBeynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-yə istinadla xəbər verir ki, İraqın baş naziri Heydər Əl-İbadi dünən Bağdadda iraqlı jurnalistlər birliyinin konfransında etdiyi çıxışında İraqın terrorçu İŞİD qrupuna son qələbəsini elan edərək bazar günü dekabrın 10-cu gününü rəsmi tətil günü elan edi.

Heydər Əl-İbadi İraq xalqının İŞİD-ə son qələbəsini elan edərək deyib: Hərhansı döyüşə hazır olmalıyıq. 

Əl-İbadi həmçinin İraq şiələrinin yüksək nüfuzlu təqlid mərcəyi Ayətullah Sistaniyə İraq xalqının İŞİD terrorçularına qələbəsi ilə nəticələnən tarixi fitvasında görə öz təşəkkürünü bildirib və deyib: Ən çətin dövrdə İraqın mühafizəsində mərcəiyyətin rolunu tarix qeyd edəcək.

captcha