IQNA

Şeyx Abdullah Dəqqaq:

Ayətullah İsa Qasimin səhhəti yaxşılaşmağa doğrudur

9:20 - December 12, 2017
Xəbər sayı: 3482495
Bəhreyn şiələrinin mənəvi lideri Ayətullah İsa Qasimin İİR-da nümayəndəsi Şeyx Abdullah Dəqqaq İQNA ilə müsahibəsində dedi: Şeyx Qasimin səhhəti cərrahiyyə əməliyyatından sonra yaxşılaşmağa başlayıb.

Ayətullah İsa Qasimin səhhəti yaxşılaşmağa doğrudurİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyn şiələrinin mənəvi lideri Ayətullah İsa Qasim cari həftənin birinci günü (10 Dekabr 2017-ci il) Bəhreynin beynəlxalq xəstəxanasında müxtəlif analizlər verib əməliyyat edildikdən sonra Mənamənin Diraz qəsəbəsindəki evinə dönüb və yenidən Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin mühasirəsində ev dustağı olub.

Bu barədə İQNA Bəhreyn şiələrinin mənəvi lideri Ayətullah İsa Qasimin İran İslam Respublikasında nümayəndəsi və bəhreynlilərin Qum şəhərindəki elmi hövzəsinin müdiri Şeyx Abdullah Dəqqaq ilə söhbət edib.

Bəhreyn şiələrinin mənəvi lideri Ayətullah İsa Qasimin İİR-da nümayəndəsi və bəhreynlilərin Qum şəhərindəki elmi hövzəsinin müdiri Şeyx Abdullah Dəqqaq İQNA ilə müsahibəsində dedi: Şeyx İsa Qasim aylarla ev dustaqlığında saxlanıldıqdan sonra xəstəxanaya yerləşdirildi, həkimlər tərəfindən müayinə edildi. Və hazırda Şeyx Qasimin səhhəti cərrahiyyə əməliyyatından və tibbi yoxlamalardan sonra yaxşılaşmağa başlayıb.

Ayətullah İsa Qasimin İİR-da nümayəndəsi əlavə etdi: Ayətullah İsa Qasimin xüsusi tibbi xidmətə ehtiyacı vardır. Çünki o, həbsdə olduğu vaxtlarda müxtəlif təhlükəli xəstəliklərə düçar olub və keçən bir il ərzində kəskin mühasirədə qaldığı üçün sağlamlığına baxa bilməyib və bu xəstəliklər güclənib.  

O, sözünün davamında dedi: Ayətullah İsa Qasimin məcburi ev dustaqlığında saxlanılması onun sağlamlığı üçün ciddi təhlükədir və buna görə də ən tez zamanda bu mühasirə dayandırılmalıdır. Buna görə də beynəlxalq təşkilatlar Ali-Xəlifə rejiminə bu barədə təzyiq göstərməlidirlər.

Bəhreyn şiələrinin mənəvi lideri Ayətullah İsa Qasimin İİR-da nümayəndəsi və bəhreynlilərin Qum şəhərindəki elmi hövzəsinin müdiri Şeyx Abdullah Dəqqaq vurğuladı: Bəhreyn xalqına da lazımdır ki, Mənamənin əd-Diraz şəhərciyində etiraz aksiyalarını çoxaltsınlar, öz mübarizələrinə davam etsinlər, Ali-Xəlifə rejiminə media, hüquq və diplomatiya vasitəsi ilə təzyiq etsinlər ki, nəticədə Ayətullah İsa Qasimin azadlığı təmin edilsin.

http://iqna.ir/fa/news/3671461

 سلامت آیت‌الله شیخ عیسی قاسم پایدار است

 ادیت شده؛ وضعیت سلامتی آیت‌الله عیسی قاسم روبه بهبودی است

 

Teqlər: İsa qasim ، iqna ، bəhreyn
captcha