IQNA

Dağıstanda məscid imamını terror etdilər

12:57 - January 07, 2018
Xəbər sayı: 3482608
Dağıstanın təhlükəsizlik qüvvələri bildiriblər ki, Xasavyurt rayonunun Mutsalul kəndinin məscidinin imam camaatı Sayqedaxmed Maqomedov naməlum şəxslər tərəfindən güllələnib.

Dağıstanda məscid imamını terror etdilərIQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dağıstanın təhlükəsizlik qüvvələri bildiriblər ki, Xasavyurt rayonunun Mutsalul kəndinin məscidinin imam camaatı Sayqedaxmed Maqomedov naməlum şəxslər tərəfindən güllələnib. Hadisə, dünən, həftənin şənbə günü, 6 Yanvar 2018-ci il tarixində baş verib.

Məscidin imamı öz evinin yanında qətlə yetirilib. İlkin məlumata görə, əvvəlcə naməlum şəxslərlə münaqişə olub, daha sonra onu güllələyiblər", - deyə şahidlər bildirib və imama "Makarov" tipli tapançadan 7 dəfə atəş açıldığını qeyd ediblər.

Dağıstan respublikasının daxili işlər naziri hadisəni təsdiqləyib və hadisə yerinə istintaq qrupunun ezam olunduğunu deyib.

http://iqna.ir/fa/news/3679803

 

 

 

 

captcha