İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “muslimlink.ca” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Otavada (Kanadanın paytaxtı) fəaliyyət göstərən “Bəşəriyyət Sülh üçün” müəssisəsi suriyalı müsəlman mühacirələri himayə etmək məqsədi ilə “Suriyalılar sülh üçün” adlı festival keçirəcək.
Bu festival 25 fevral 2018-ci il tarixində kanadalı çinlilərin Mədəni Miras Mərkəzinin həmkarlığı ilə kanadalı əhali ilə suriyalı qaçqınların və mühacirlərin arasındakı əlaqələrin yaxşıdılaşdırılması üçün keçiriləcəkdir.
Otavada (Kanadanın paytaxtı) fəaliyyət göstərən “Bəşəriyyət Sülh üçün” müəssisəsi bu barədə dedi: Kanadalıların əksəriyyətinin suriyalı qaçqınları xoşüzlə qarşıladıqlarını nəzərə alaraq bu müəssisə çalışır ki, mühacirlərin yerli cəmiyyətlə daha yaxşı qaynayıb-qarışması üçün addım atsın.
Bu festivalın sonunda qaçqın uşaqlarının əl işləri və rəsm əsələri yetim uşaqlarının saxlanılması mərkəzinə yardım məqsədi ilə satışa çıxarılacaqdır.