IQNA

Çinli müsəlman mütəfəkkir işkəncə ilə öldürüldü – Foto

11:09 - February 21, 2018
Xəbər sayı: 3482816
Damla Əbdüssəməd Davudoğlu Çinin zindanlarında işkəncələr altında xəstələndi və azalığa çıxandan bir müddət sonra həmin xəstəlikdən dünyasını dəyişdi.

Çinli müsəlman mütəfəkkir işkəncə ilə öldürüldü – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Çində verdiyi xəbərə görə, keçən illər ərzində Çinin Uyğur müsəlmanlarından olan bir türkəçarə həkim, İlahiyyatçı və dini elmlər üzrə araşdırmaçı İran İslam Respublikasına səfərə gəlmişdir. O, İranda bir çox din alimləri ilə görüşmüş və İslami elmlər barədə kitablar alıb Çinə göndərmişdi. Elmi səfərindən Çinə qayıtdıqda isə həbs edildi və aylarla zindanda işkəncələrə məruz qaldı. Bu işkəncələrdən bərk xəstələndikdən, yol yeriməyə və danışmağa gücü qalmadıqdan sonra iki qardşını girov saxlayaraq özünü azad etdilər.

Qədim tibb elmləri mütəxəssisi və İlahiyyatçı mütəfəkkir Damla Əbdüssəməd Davudoğlu Çinin zindanlarında işkəncələr altında xəstələndi və azalığa çıxandan bir müddət sonra həmin xəstəlikdən dünyasını dəyişdi. Amma iki qardaşı hələ də Çin rejiminin zindanlarındadırlar.

Həkim və İlahiyyatçı mütəfəkkir Damla Əbdüssəməd Davudoğlu (Əbdüssəməd ibn Davud) kitabşünas, tərcümeyihal yazan müəllif, qədim və İslami tibb üzrə mütəxəssis və müasir Tibb elmləri üzrə Urumçi universitetinin professoru idi.

Qədim dini və tibbi dərslərini Sinqyanqın uyğurlar yaşayan şəhəri Kaşğərin alimlərinin hüzurunda oxumuşdu. Və İranda gələndə təəssüf edərək deyirdi ki, nə üçün İranda Zəkəriyya Razinin “əl-Havi” və İbn Sinanın “Qanun” kitabları tədirs edilmir.

O, İrana son səfərində iki ay qaldı. İranın müxtəlif şəhərlərinə səfərlər etdi. Qədim və İslami Tibb ustadları ilə görüşdü.

Damla Əbdüssəməd Davudoğlu inanırdı ki, İran dərman bitkiləri baxımından çox zəngindir. Amma bu dərman bitkilərinin istehsal və istehlakı geniş yayılmadığı üçün camaat bu bitkilərin iqtisadi gəlirindən xəbərsizdirlər. O deyirdi ki, təkcə Gülüstan əyalətinin mərkəzi şəhəri Qorqanın dağlarında 160 növ dərman bitkisi vardır və onların elmi məlumatlarını qeydə almışdır.  

O, elmdə olduğu kimi ibadətdə də çalışqan idi. Vaxtını mütaliə, araşdırma və ibadətdə keçirərdi. Əhli-Beyti (ə) sevirdi. İranda müqəddəs ziyarətgahları da ziyarət etmişdi. Gözəl xüsusiyyətlərindən biri də kitab hədiyyə vermək idi. Deyirdi ki, yeganə köhnəlməyən və qiymətdən düşməyən hədiyyə kitabdır. İrandan da tarix, coğrafiya, din, tibb, ədəbiyyat və digər mövzulara aid kitablaraq alaraq Çinə göndərirdi.

Bir sözlə o, Çinin qədim Uyğurustan bölgəsində yaşayan müsəlman türklərin alimi, həkimi və mütəfəkkiri idi. Və əfsuslar olsun ki, Çinin kommunist rejimi bu böyük insanın həyatına son qodyular və Türksütan diyarını onun yoxluğu ilə həmişəlik əzadar etdilər.  

Qeyd edək ki, hazırda yüzminlərlə Uyğur türk müsəlmanları Çin rejimi tərəfindən müxtəlif bəhanələr ilə təqib edilirlər. Bu xalqın alim və mütəfəkkirlərinin çoxu zindanda, ya da sürgündədir. Onları zindanda öldürürlər və ailələrinə belə xəbər vermirlər.

Bir neçə ay öncə də digər Uyğur alimi Məhəmməd Saleh Hacim ki, Qurani-Kərimin uyğur dilinə mütərcimi idi, zindanda işkəncələr altında dünyasını dəyişmişdi.  

http://iqna.ir/fa/news/3693424

Çinli müsəlman mütəfəkkir işkəncə ilə öldürüldü – Foto

Mərhum Əbdüssəməd Rey şəhərinin Toğrul qalasında

Çinli müsəlman mütəfəkkir işkəncə ilə öldürüldü – Foto

Mərhum Əbdüssəməd İraq türkmənlərinin Quran mütərcimi Hicran Qazioğlu ilə

Çinli müsəlman mütəfəkkir işkəncə ilə öldürüldü – Foto

Mərhum Əbdüssəməd əlyazma nüsxələr mütəxəssisi Hüseyn Müttəqi ilə

captcha