IQNA

Qazaxıstanda məscidlərə tələblər dəyişəcək

22:14 - February 23, 2018
Xəbər sayı: 3482821
Dini İşlər və Vətəndaş Cəmiyyəti üzrə nazir Nurlan Yermekbayev deyib ki, məscidlərin tikintisi zamanı bölgədəki əhalinin sayı nəzərə alınmalı və buna uyğun ölçüdə tikilməlidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstan hökuməti ölkədə dini binaların, o cümlədən məscidlərin tikintisi zamanı tələbləri dəyişəcək.

Maide.Az  "İslam Today"a istinadən xəbər verir ki, hazırda bu ölkədə 3601 məscidin 84-ü boşdur.
 
Dini İşlər və Vətəndaş Cəmiyyəti üzrə nazir Nurlan Yermekbayev deyib ki, məscidlərin tikintisi zamanı bölgədəki əhalinin sayı nəzərə alınmalı və buna uyğun ölçüdə tikilməlidir.
 
Yeni standartlarla bağlı detalların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Teqlər: iqna ، qazaxıstan ، məscid
captcha