İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mərakeşin Təncə şəhərində Qurani-Kərimin İngilis dilinə tərcümələrinin tanıtımı elmi seminarı keçirilib.
ABŞ-ın Nyu-England universitetinin Mərakeşin Təncə şəhərindəki filianlında keçirilən bu seminarda Amerikadan da ustadlar iştirak ediblər.
Amerikanın Men əyalətinin Nyu-England (Yeni- İngiltərə) universitetinin ustadı Boris Lorans seminarda Qurani-Kərimin İngilis dilinə tərcüməsinin tariçxəsi mövzusunda çıxış edib.
Boris Lorans çıxışında deyib: 1900-cu ilədək Qurani-Kərimin İngilis dilinə təkcə beş tərcüməsi mövcud olmuşdur. Amma keçən 120 ildən az müddətdə Qurani-Kərimin İngilis dilinə tərcümələrinin sayı 115 tərcüməyə çatmışdır.
O, Sendi Yurk, Can Midoz Radul və Məhəmməd Marmaduk Piktal kimi Quran mütərcimlərinin tərcümələri barədə danışaraq əlavə edib: Quranın ən yaxşı tərcümələri müsəlman olmuş şəxslər tərəfindən həyata keçirilib və İngilis dilinə ən qədim Quran tərcüməsi ingiltərəli şərqşünas Corc Silin tərcüməsidir.
Lorans Qurani-Kərimin tərcümələrində məna, məfhum, təfisr, metod, ahəngdarlıq, ədəbiyyat, fəsahət və bəlağət kimi məsələlərə işarə edərək deyib: Quranın özünü və yaxud tərcüməsini qiraət edərkən onun mənasında fikirləşmək çox əhəmiyyətlidir. Buna görə də tərcümələrin çoxu mənamərkəzlidir və bəziləri digər məsələlərə də diqqət ediblər.
O vurğulayıb: Qurani-Kərimin həm məna və həm üslub baxımından tərcüməsi barədə 4 il öncədən işə start verilib və bu işin 2022-ci ilədək başa çatması gözlənilir.
http://iqna.ir/fa/news/3702629