IQNA

Tunisdə dinlərarası beynəlxalq dialoq toplantısı

0:28 - May 05, 2018
Xəbər sayı: 3483122
Tunisin Cerba şəhərində səmavi dinlər nümayəndələri və ardıcıllarının iştirakı ilə "dinlər və mədəniyyətlərin radikalizm və terrorizmlə mübarizə üçün dialoqu" beynəlxalq konfrasnı keçirilir.

Tunisdə dinlərarası beynəlxalq dialoq toplantısıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisin Cerba şəhərində səmavi dinlər nümayəndələri və ardıcıllarının iştirakı ilə "dinlər və mədəniyyətlərin radikalizm və terrorizmlə mübarizə üçün dialoqu" beynəlxalq konfrasnı keçirilir.

Bu konfrans dünən, həftənin Cüməaxşamı günü, 3 May 2018-ci il, səmavi dinlərin, İslam, Xristiyanlıq və Yəhudilik, ardıcılları və nümayəndələrini iştirakı ilə öz işinə başlamışdır və bu gün də davam edəcəkdir.

Konfransın açılış mərasimində iştirak edən Yusif Şahid (Tunisin baş naziri) öz çıxışında dedi: Bizim dünyaya mesajımız budur ki, İslam dini, azadlıq və demokratiya arasında heç bir ziddiyyət yoxdur.

Yusif Şahid sözünün davamında Tunisin həmişəlik mədəniyyətlər və dinlərarası sülh və dostcasına yaşayış diyarı qalacağına işarə edərək dedi: Terrorizm əleyhinə əsas mübarizəmiz ideolojidir. Və bu məsələ dinlər, mədəniyyətlər və millətlərarası sağlam niyyətli danışıqlarınn və fəaliyyətlərin birləşməsindən və vəhdətindən asılıdır.  

Bu toplantıda Tunisin radikalizm və terrorizmlə mübarizəyə yanaşması tərzində tövsiyələri, medianın dinlər, mədəniyyətlər və millətlərarası danışıqlarda rolu və sosial şəbəkələrdə terrorizmlə mübarizənin yolları təqdim ediləcəkdir.

Qeyd edək ki, bu toplantıda Tunisin baş müftisi Şeyx Osman Bəttix və Tunisin böyük kilsəsinin yepiskopu və Tunis yəhudilərinin baş xaxamı çıxış ediblər.    

http://iqna.ir/fa/news/3711263

captcha