IQNA

Şüəyşənin İmam Rza (ə) hərəmində sonuncu tilavəti – Video

2:58 - May 20, 2018
Xəbər sayı: 3483195
Mərhum Əbul-Eynəyn Şüəyşənin müsəlman tələbələrin üçüncü Quran yarışlarının yekun mərasimində icra etdiyi tilavəti Quran və Maarif kanalının "gülüstan" proqramı da bu həftə efirə verib.

Şüəyşənin İmam Rza (ə) hərəmində sonuncu tilavəti – VideoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sosial şəbəkələr Əbul-Eynəyn Şüəyşənin müsəlman tələbələrin üçüncü Quran yarışlarının yekun mərasimində icra etdiyi tilavəti paylaşıblar.

Misrin məşhur qarisi mərhum Əbul-Eynəyn Şüəyşənin müsəlman tələbələrin üçüncü Quran yarışlarının yekun mərasimində icra etdiyi tilavəti Quran və Maarif kanalının "gülüstan" proqramı da bu həftə efirə verib.

Bu mərasimdə Qurani-Kərimin "ər-Rəhman" surəsinin ilk ayələrini tilavət edən mərhum Şüəyşə tilavət zamanı demişdi ki, birinci dəfə İslam İnqilabından öncə İmam Rzanın (ə) hərəmində Quran tilavət etmək iftixarına nail olmuşdum və Allah şükürlər olsun ki, bu müqəddəs məkanda Quran qiraət etməyi yenidən mənə nəsib etdi.

Əbul-Eynəyn Şüəyşə bu tilavəti 2010-cu ildə müqəddəs Məşhəd şəhərində icra etmiş və 2011-ci ildə dünyadan köçmüşdür.

Mərhum Şüəyşənin Məşhəd şəhərindəki sonuncu tilavətinin videosunu təqdim edirik:

DİNLƏ və ENDİR

http://iqna.ir/fa/news/3714689

 

 

Teqlər: iqna ، qiraət ، tilavət ، Şüəyşə ، qari
captcha