İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Coof regionunun "Dumətu-Cəndəl" əyalətinin Qurani-Kərimin hifzi xeyriyyə müəssisənin təşəbbüsü ilə çoxmərtəbəli Quran qülləsi kompleksi tikilərək istifadəyə verildi.
"Dumətu-Cəndəl" əyalətinin Qurani-Kərimin hifzi xeyriyyə müəssisənin nəzdində fəaliyyət göstərəcək Quran qülləsi kompleksinin açılış mərasimində iştirak edən İsa ibn İbrahim Dəryuş (Qurani-Kərimin hifzi xeyriyyə müəssisənin şura rəisi) dedi: Bu qüllə 11 mərtəbədə tikilmişdir. Tikintinin başa çatması üçün 14 milyon Səudiyyə riyalı xərclənmişdir.
Qurani-Kərimin hifzi xeyriyyə müəssisənin fəaliyyətlərindən danışan Daryuş vurğuladı: Bu müəssisə Qurani-Kərimin qirəti və təcvidi dərsləri sahəsində bir çox işlər görmüşdür. O cümlədən hazırda müəssisəsinin 600 nəfərdən çox Quran təlimləri alan öyrəncisi vardır və bundan əlavə yüzlərlə şagird bu müəssisədən məzun olmuşdur.
İsa ibn İbrahim Daryuş əlavə etdi: Müəssisəinin qızlar və oğlanlar üçün ayrılıqda iki təlim mərkəzi vardır. Bu mərkəzlərdə qızlara və oğlanlara Qurani-Kərim "onluq qirəti" öyrədilir. Və indiyədək 50 nəfərdən çox peşəkar qari Quranın qiraətini 10 məşhur qiraət əsasında öyrənərək məzun olmuşlar.