IQNA

Bəhreyn 6 il ərzində 732 siyasi fəalın vətəndaşlığını ləğv edib

14:38 - May 24, 2018
Xəbər sayı: 3483216
Bəhreyn "insan haqları və demokratiya üçün sülh təşkilatı"nın hesabatında deyilir: Bəhreynin diktator rejimi 2012-ci ildən indiyədək, yəni altı il ərzində 732 siyasi fəalın vətəndaşlığını ləğv edib.

Bəhreyn 6 il ərzində 732 siyasi fəalın vətəndaşlığını ləğv edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin "insan hüquqları və demokratiya üçün sülh təşkilatı"nın hesabatında deyilir ki, Bəhreynin diktator rejimi 2012-ci ildən indiyədək, yəni altı il ərzində 732 siyasi fəalın vətəndaşlığını ləğv edib.

Bəhreynin "insan hüquqları və demokratiya üçün sülh təşkilatı"nın açıqlamasında deyilir: 2012-ci ilin Noybar ayının 7-də Bəhreyndə ilk dəfə sivil siyasi vətəndaşın vətəndaşlıq hüquq əlindən alındı.

Təşkilat əlavə edir: Bu iş sonralar Bəhreyn hakimiyyətinin özünə qarşı siyasi fəallar ilə mübarizə metoduna çevirildi. Belə ki, az bir müddətdə din alimləri, parlament nümayəndələri, insan haqları aktivistləri, jurnalistlər və siyasi fəallardan ibarət 31 nəfərin vətəndaşlığı ləğv edildi.

Bəhreyndə siyasi çəkişmələr və etiraz aksiyaları çoxaldıqca, zalim dövlətin diktatorluğu bir az da şiddətləndi və vətəndaşlığı əlindən alınanların sayı çoxaldı. Belə ki, həftənin ikinci günü, May ayının 22-də digər üç nəfərin vətəndaşlığı ləğv edilərək siyasi ittihamlar ilə sürgün edildilər.

Bəhreyndə 2012-ci ildən indiyədək 732 nəfərin vətəndaşlığı ləğv edilib ki, onların arasında Ayətullah Şeyx İsa Qasim, Ayətullah Hüseyn Nicati və Ayətullah Məhəmməd Sənəd olmaqla 19 böyük din aliminin də adı vardır.   

http://iqna.ir/fa/news/3716981  

captcha