IQNA

İran Seneqalın dini rəhbərlərinə Quran hədiyyə etdi

14:59 - May 24, 2018
Xəbər sayı: 3483217
İranın Seneqaldakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin dini rəhbərlərinə Fransız dilinə tərcümə edilmiş Qurani-Kərim nüsxələri və digər dini mədəniyyət aşılayıcısı olan hədiyyələr verilib.

İran Seneqalın dini rəhbərlərinə Quran hədiyyə etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Seneqaldakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin dini rəhbərlərinə Fransız dilinə tərcümə edilmiş Qurani-Kərim nüsxələri və digər dini mədəniyyət aşılayıcısı olan hədiyyələr verilib.

Mübarək Ramazan ayı münasibəti ilə Seneqalın dini, mədəni və ictimai şəxsiyyətlərinə verilən bu dini-mədəni hədiyyələr Qurani-Kərimin Fransız dilinə tərcüməsi, İranda çap olunmuş 200 Qurani-Kərim nüsxəsi, digər 50 cild dini və mədəni kitab və onlarla Quran mövzuları əsasında hazırlanmış posterlərdən ibarət olub.

Hədiyyələri Seneqalın dini-mədəni aktivistlərindən olan Məhəmməd Cub İran İslam Respublikasının Seneqalın paytaxtı Dakardakı Mədəniyyət Mərkəzinə gələrək təhvil alıb.

İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin məsulu Seyid Həsən İsməti ilə görüşən Məhəmməd Cub mübarək Ramazan ayı münasibəti ilə təhvil aldığı hədiyyələrin "Mürüdiyyə Xəlifəsi"nə çatdıracağını bildirib.  

http://iqna.ir/fa/news/3716935  

captcha