IQNA

Britaniya müsəlmanları Boris Consonla ciddi şəkildə davranılmasını tələb ediblər

20:24 - August 14, 2018
Xəbər sayı: 3483660
Britaniya müsəlmanları sabiq xarici işlər nazirinin islam əleyhinə açıqlaması haqda tam araşdırmanın aparılmasını tələb edərək onunla ciddi şəkildə davranılmasını istəyiblər.
Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) Sahartv-yə istinadla xəbər verir ki, Müsəlmanlar Şurası Britaniyada ən böyük islam təşkilatı sayılır. Bu şura baş nazir Tereza Meyə ünvanladığı məktubda müsəlman qadınların rübənddən istifadə etməsi haqda Boris Consonun təhqiramiz açıqlamasına görə, onun barəsində tam araşdırmanın aparılmasını istəyib.

Britaniya Müsəlmanlar Şurasının üzvləri bu məktubda bildiriblər: Kimsənin dini azlıqları qurban etmək haqqı olmamalıdır.

Britaniya Müsəlmanlar Şurası bildirib: Britaniyanın sabiq xarici işlər naziri Boris Consonun müsəlman qadınların geyimini təhqir etməsi haqda qalmaqallı məqaləsi yayımlandığı vaxtdan ölkədə islamofobiya ilə əlaqədar hadisələr artıb.

Boris Conson son vaxtlar Daily Teleqraf qəzetində yayımlanan məqalədə islam geyimində olan müsəlman qadınları "poçt qutusu" və "bank oğruları"na bənzətmişdi.

Britaniya Müsəlmanlar Şurasının qənaətincə, Boris Conson qəsdən bu ifadələri seçməklə radikal sağçılara yaltaqlıq edir və sabiq xarici işlər nazirinin ən az görəcəyi iş üzr istəməkdir.

Son aylarda Avropa ölkələrində islamofobiya, islamofobiyanın genişlənməsi, o cümlədən müsəlman qadınların islam geyimi və hicabı əleyhinə hərəkətlər seçki kampaniyaları zamanı radikal ünsürlərin səsləri qazanmaq üçün bir prosesə çevrilib.
Teqlər: birtanya ، müsəlma ، boris consonla ، iqna ، quran
captcha