IQNA

Mahatir Məhəmməd: Trampla yola getmək çətin işdir

23:31 - August 14, 2018
Xəbər sayı: 3483663
Amerikanın prezidenti tez-tez fikir, mövqe dəyişdirir, dəmdəməkidir, qeyri-ciddidir. Onun belə olması onunla danışlıqlara getməyi çətinləşdirir.

Mahatir Məhəmməd: Trampla yola getmək çətin işdirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın baş naziri Mahatir Məhəmməd çıxışında Trampın 24 saatda min xəyala düşdüyünə, dəmdəməki olduğuna və tez-tez  fikir və mövqe dəyişdiyinə işarə edərək dedi: Tramp kimi birisi ilə yola getmək və qarşılıqlı əlaqələr yaratmaq çətin bir işdir.

Malaziyanın baş naziri Mahatir Məhəmməd " The Associated Press" xəbər agentliyi ilə müsahibəsində ABŞ prezidentinin siyasi və fərdi rəftarını tənqid edərək dedi: Amerikanın prezidenti tez-tez fikir, mövqe dəyişdirir, dəmdəməkidir, qeyri-ciddidir. Onun belə olması onunla danışlıqlara getməyi çətinləşdirir.

Qeyd edək ki, Mahatir Məhəmməd hələ 2017-ci ildə, baş nazir olmamışdan öncə də Trampı ekzotik və qeyri-adi rəftarlı birisi adlandırmışdı.   

http://iqna.ir/fa/news/3738525

Teqlər: malaziya ، mahatir ، məhəmməd ، tramp
captcha