İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin ikinci günü, 14 Avqust 2018-ci il, Pakistanın Bəliçistan əyalətinin "Nuşəki" rayonunda terror partlayışı baş verib.
Pakistan polisinin bu barədə verdiyi məlumata əsasən, terrorçuların törətdiyi bu cinayətdə 14 nəfər yaralanıb.
Hadisə motorsikletə minmiş iki nəfərin əldə düzəldilmiş bomba bağlamasını mağazanın içinə atması ilə baş verib. Partlayışdan sonra polis özünü hadisə yerinə çatdırıb və yaralılar xəstəxanaya köçürülüb.