IQNA

İsrail xilasedici tibb işçilərini öldürür

1:02 - August 15, 2018
Xəbər sayı: 3483668
Cari ilin Mart ayında "Yer Günü"nün 42-ci il dönümü münasibəti ilə başlayan "böyük qayıdış aksiyaları"nda şəhid olan təcili tibbi yardım işçilərinin siyahısına bir nəfər də əlavə edildi.

İsrail xilasedici tibb işçilərini öldürürİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı sionist rejimi İsrailin silahlı qüvvələri Qəzza zolağında yaralılara ilkin tibbi yardım göstərən xilasedici tibb işçilərini öldürür və təcili yardım maşınlarını hədəfə alırlar.

Cari ilin Mart ayında "Yer Günü"nün 42-ci il dönümü münasibəti ilə başlayan "böyük qayıdış aksiyaları"nda şəhid olan təcili tibbi yardım işçilərinin siyahısına bir nəfər də əlavə edildi.

Keçən həftənin Cümə günü yaralılara xidmət göstərən təcili tibbi yardımın işçisi Abdullah Qəttat üzərində heç bir silah daşımadan və təkcə xidməti və insani vəzifəsini yerinə yetirdiyi üçün həmkarı Rəzan Nəccar kimi sionist yəhudilərin hərbiçiləri tərəfindən şəhid edildi.

İşğalçı sionist rejimi olan İsrail heç bir beynəlxalq qanuna əhəmiyyət vermədən və beynəlxalq cəmiyyətin sükutundan istifadə edərək təcili tibbi yardım işçilərini də öldürür ki, Fələstin xalqının əzm və iradəsini sındırsın.  

Fələstinin səhiyyə nazirliyinin sözçüsü Əşrəf Qüdrət deyir ki, İsrail hərbiçiləri qəsdən ambulansları və xilasetmə işçilərini hədəfə alırlar. Cari ilin Mart ayından indiyədək yaralılara ilkin tibbi yardım göstərən 3 işçimiz şəhid edilib və 370 nəfərimiz yaralanıb. Həmçinin yaralıları daşıyan 70 təcili tibbi yardım maşını sionist hərbiçiləri tərəfindən vurulub.      

http://iqna.ir/fa/news/3738445

Teqlər: fələstin ، filistin ، iqna
captcha