IQNA

Britaniyada Ərəbistanı tənqid etdi, işdən çıxarıldı

9:51 - October 10, 2018
Xəbər sayı: 3484028
Böyük Britaniyanın paytaxtı London şəhərinin Fitzroy məscidinin camaat imamı Səudiyyə Ərəbistanın siyasətlərini tənqid etdiyi üçün işdən çıxarılıb.

Britaniyada Ərəbistanı tənqid etdi, işdən çıxarıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Böyük Britaniyanın paytaxtı London şəhərinin Fitzroy məscidinin camaat imamı Səudiyyə Ərəbistanın siyasətlərini tənqid etdiyi üçün işdən çıxarılıb.

Səudiyyə Ərəbistanın maddi dəstəyi ilə idarə olunan bu məscidin camaat imamı Əcməl Məsrur Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanı tənqid edib.

London şəhərinin Fitzroy məscidinin camaat imamı Əcməl Məsrur öz "facebook" səhifəsində Səudiyyə dövlətini diktator, fasid, anti-İslam adlandırmış və Məhəmməd ibn Salmanı siyasi fəalların və din alimlərinin həbs edilməsində günahlandırmışdı.

Qeyd edək ki, Fitzroya məscidi "Muslim World League" təşkilatının (Müsəlmanların Dünya Birliyi) birbaşa nəzarəti altında fəaliyyət göstərir. Bu təşkilatın isə bütün maddi vəsatini Riyaz təmin edir.

Əcməl Mənsur işdən çıxarılması barədə deyib: Məscidin məsullarından işdən çıxarılmağım barədə soruşduqda mənə dedilər ki, göstəriş "yuxarı"dan gəlib. Başqa sözlə desək, Ərəbistan hakimiyyəti bu barədə əmr verib. Çünki son illərdə mənə dəfələrlə tapşırıq vermişdilər ki, Ərəbistan rejimi əleyhinə heç nə deməyim.    

http://iqna.ir/fa/news/3754553 

captcha