IQNA

Kanadada illik Quran yarışları keçiriləcək

18:45 - July 14, 2019
Xəbər sayı: 3485503
Kanadanın "Sünnət İslam Birliyi"nin illik Quran hifzi yarışlarının ilkin mərhələsi müxtəlif yaş qrupları arasında və səkkiz ixtisas üzrə bu gün (14 İyul 2019) Otova şəhərində öz işinə başlayır. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "muslimlink" informasiya portalına istinadla verdiyi xəbərə görə, Kanadanın "Sünnət İslam Birliyi"nin illik Quran hifzi yarışlarının ilkin mərhələsi bu gün (14 İyul 2019) Otova şəhərində öz işinə başlayır. 

Bu Quran yarışları şagirdlər və böyüklər arasında səkkiz ixtisas üzrə keçiriləcək. Qurani-Kərimin illik hifz yarışları Quranın son 14 surəsi üzrə 6 yaş və altı yaşdan aşağılar, son 24 surəsi üzrə 6-8 yaşlılar, Quranın 30-cu cüzi üzrə 8-13 yaşlılar, 29 və 30-cu cüzləri 13-16 yaşlılar, 28, 29 və 30-cu cüzləri üzrə 16-20 yaşlılar, 26, 27, 28, 29 və 30-cu cüzləri üzrə 20-25 yaşlılar və 21-ci cüzdən 30-cu cüzün sonunadək surələr üzrə 25 yaşdan az olanlar və 16-cı cüzdən 30-cu cüzədək surələr üzrə 25-30 yaşlılar arasında keçiriləcəkdir.

Bundan əlavə Bəqərı, Məryəm və Taha surələrinin hifzi üzrə yarışlar bütün yaş qrupları arasında təşkil ediləcəkdir.

Yarışlarda iştirak edənlər Qurani-Kərimin tilavət və qiraət rəvayətlərindən birini, Həfs, Qalun, Vərş və ya Əbu Əmr Danini seçə bilərlər.

Bu yarışların ilk mərhələsi bu gün Şam namazından sonra Otavanın "ər-Rəhmət" məscidində başlayacaq. Sonrakı mərhələyə keçid qazananlar gələn həftənin Bazar günü yarışacaqlar.  

Qeyd edək ki, "Sünnət İslam Birliyi" 2004-cü ildə Otovada xeyriyyə cəmiyyəti kimi öz işinə başlayıb. "ər-Rəhmət" məscidi və "AMA" toplantı mərkəzi bu birliyin nəzdində fəaliyyət göstərir.     

http://iqna.ir/fa/news/3826892

captcha