İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, gələn həftə Malaziyanın paytaxtı Kualalampur şəhərində "2-ci beynəlxalq məscid memarlığı toplantısı" keçiriləcək.
Toplantı "Əbdüllətif əl-Fövzan Məscid Memarlığı Mükafatı Komitəsi"nin təşəbbüsü ilə keçirilir.
Toplantıda gələcəkdə məscidlərin memarlığı məsələsi müzakirə ediləcək.
Bu toplantı Noyabr ayının 25-dən 27-dək dünyanın müxtəlif ölkələrindən olan 45 memarlıq mütəxəssisinin iştirakı ilə keçiriləcək.