IQNA

Gürcüstanda dini rəhbərlərin illik iclası keçirildi

9:20 - November 24, 2019
Xəbər sayı: 3486200
Dinlərin və məzhəblərin nümayəndələrinin iştirak etdiyi iclasa İran İslam Respublikasının Gürcüstandakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Həmid Müstəfəvi də qatılıb.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Gürcüstanda yaşayan müxtəlif dinlərin və məzhəbləri davamçıları və dini rəhbərlərin iştirakı ilə illik iclas keçirilib.

Dinlərin və məzhəblərin nümayəndələrinin iştirak etdiyi iclasa İran İslam Respublikasının Gürcüstandakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Həmid Müstəfəvi də qatılıb.  

İclasda Gürcüstanın din üzrə dövlət agentliyinin rəisi Zaza Vaşaxmadze, Gürcüstan İslam cəmiyyətinin nümayəndələri, Xrsitanların (Ortodoks, Katolik, Protestant, Erməni...) firqə nümayəndələri, yəhudi icmasının nümayəndələri və "eyzədi"lər kimi digər kiçik dini firqələrin nümayəndələri iştirak ediblər.

Toplantıda Gürcüstanın din üzrə dövlət agentliyinin rəisi Zaza Vaşaxmadze, Gürcüstan Müsəlmanları İdarəsinin rəisi Ramin İgidov, Gürcüstanın qərb əyalətlərinin müftisi Şeyx Yasin Əliyev, Gürcüstanın şərq əyalətlərinin müftisi Beglər Gamaşidze və İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Həmid Müstəvəfi çıxış edərək dinlərarası dialoq, tolerantlıq, dinlərarası milli və beynəlxalq həmrəyliyin sabitlik və sülh qorunmasındakı əhəmiyyətindən və radikalizm və təkfirçiliyin zərə və ziyanlarından danışıblar.  

Dinlərarası dialoq illik toplantısının iştirakçıları iclasın sonunda Gürcüstanın baş yepiskopu II İlya ilə görüşüblər.

https://iqna.ir/fa/news/3858941

captcha