IQNA

Mahatir Məhəmməd: Uyğurları Çinə təhvil verməyəcəyik

8:15 - December 28, 2019
Xəbər sayı: 3486379
Malaziyanın baş naziri Mahatir Məhəmməd beynəlxalq cəmiyyətlərə üz tutaraq onlardan istəyib ki, dünyanın hər yerində olduğu kimi Çində də Uyğur müsəlmanlara zülm və işkəncə olunduğunu etiraf etsinlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın baş naziri Mahatir Məhəmməd parlamentdəki çıxışında müxalif partiyadan olanların Çin dövlətinin müsəlman Uyğurlara qarşı törətdiyi zülmlər barədə suallarını cavablandıraraq deyib: Uyğur tayfasından olan müsəlmanlar Malaziyadan sığınacaq istəyərlərsə, dövlət bununla razılaşacaq və onları heç bir halda Çin rəsmilərinə təhvil verməyəcəkdir.

Malaziyanın baş naziri Mahatir Məhəmməd beynəlxalq cəmiyyətlərə üz tutaraq onlardan istəyib ki, dünyanın hər yerində olduğu kimi Çində də Uyğur müsəlmanlara zülm və işkəncə olunduğunu etiraf etsinlər.

O vurğulayıb: Malaziya dövləti müsəlman Uyğurları hətta Çin dövləti tələb etsə də ölkədən qovmayacaq.

Qeyd edək ki, Pekin 1949-cu ildə müsəlman Uyğurların yaşadığı Şərqi Türküstanda nəzarətə ələ aldıqdan sonra buranı Sincan (SinkYang = Yeni sərhədlər) adlandırdı. 2018-ci ildən isə bu vilayətdə yaşayan müsəlmanlara dini zəmində təzyiqlər göstərilməyə və onları açıq düşərgələrdə həbs etməyə başladı.       

https://iqna.ir/fa/news/3866871

captcha