Son zamanlar İraq boyunca bir çox hərbi bazaları vurulan ABŞ, Kərkükdəki K1 hərbi bazasını boşaldıb.
"Əl-Sumaria" telekanalı ABŞ qüvvələrinin Kərkükün K1 bazasını İraq ordusuna təhvil verdiyini bildirib.
Hazırda məsələ ilə bağlı İraq səlahiyyətlilərindən heç bir açıqlama verilməyib.
Amerika əsgərləri bu yaxınlarda Bağdadın qərbindəki "Əl-Qaim" hərbi bazasını da tərk ediblər.