“Rəsmi Tehran iyul ayının sonunda Bakı ilə turizm əlaqələrini bərpa etmək niyyətindədir”. - bunu APA-nın Tehran bürosuna İran Mədəni İrs, Əl işləri sənayesi və Turizm Təşkilatının turizm məsələləri üzrə sədr müavini Vəliyullah Teymuri deyib.
O deyib ki, iyul ayının 20-dən sonra turistlərin gediş-gəlişi mümkün ola bilər: “Ümid edirik ki, həmin tarixdən Azərbaycan və İran arasında turistlərin gediş gəlişini təmin edə biləcəyik”.
O deyib ki, həm Azərbaycan, həm də İran tərəfi səhiyyə protokollarına əməl edərək sərhədlərin açılmasına razıdır.