Bu qərarın ardınca bir sıra turizm sahələrinin, restoran və ibadət ocaqlarının, o cümlədən Pakistanın ən böyük məscidi sayılan "Feysəl Məscidi"nin də fəaliyyəti bərpa edilib.
Pakistanın paytaxtı İslamabad şəhərində yerləşən bu məscid ibadət ocağı olmasından əlavə həm də ölkənin mühüm turizm məkanlarından biridir.
Qeyd edək ki, karantin rejiminin yumuşaldılmasının ardınca Pakistanda turizm sahəsində fəaliyyət göstərən məkanların iş rejimi tədricən adi vəziyyətə qaytarılır. /3916196