IQNA

Vəhabilərin Samerra şəhərinin ziyarətgahlarına hücumu

8:15 - September 15, 2020
Xəbər sayı: 3488113
Məhərrəm ayının 23-də (22 Fevral 2006) azğın vəhabi-sələfi terrorçuları İraqın Samerra şəhərində İmam Əli ən-Nəqi əl-Hadi (ə) və İmam Həsən əl-Əskərinin (ə) ziyarətgahlarının günbəzini partlatdılar.

Hicri-Qəməri tarixi ilə Məhərrəm ayının 23-də (22 Fevral 2006) azğın vəhabi-sələfi terrorçuları İraqın Samerra şəhərində İmam Əli ən-Nəqi əl-Hadi (ə) və İmam Həsən əl-Əskərinin (ə) ziyarətgahlarının günbəzini partlatdılar.

Məhərrəm ayının 23-cü gününü səhər saatlarında (Sübh saat 7:00) əl-Qaidə terror təşkilatının təkfirçi, vəhabi və sələfi terrorçuları İraqın xüsusi təyinatlılarının geyimi ilə örtüklənərək Əskəriyyəyin hərəminə daxil olmuş, mühafizəçilərin silahlarını alaraq hərəmdə 200 kq TNT partlayıcı maddəsi yerləşdirmişdilər.

Partlayış zamanı müqəddəs hərəmin qızılı örtüklü kərpicləri tökülmüş və günbəzi dağılmışdı. Hərəmin bəzi əşyaları hərəmdən yarım kilometr fasiləyə səpələnmişdi. Amma hərəmin özülü möhkəm olduğu üçün divarlar çökməmişdi.

Bu vəhşi cinayəti müsəlmanlar və aydın fikirli bütün insanlar məhkum etdilər.

Vəhşicəsinə törədilmiş bu hadisə şiələrin qəlbini ağrıtdı  və insanların dini hislərini yaraladı. Hər il bu hadisə hüznlə yad edilir.

Həmin dövrdə şiə təqlid mərcələri müsəlmanları təmkinli olmağa çağırdılar və məzhəb fitnəsini alovlanmağa qoymadılar və şiələri düşmənin nifaq və nifrət üçün atdığı tora düşməyə icazə vermədilər.

İmamların (ə) hərəmi isə bütün müsəlmanların, xüsusi ilə də İraq və İran şiələrinin birliyi və vəhdəti sayəsində yenidən daha gözəl şəkildə inşa edildi.

Aşağıda İmam Hadi və İmam Həsən Əskərinin (ə) Samerra şəhərindəki hərəmlərinin son fotolarını müşahidə edirsiniz:

    

https://iqna.ir/fa/news/3922753

captcha