IQNA

Malayziyada Rusiyadakı məbədə bənzər məscid inşa edildi - Foto

13:20 - June 03, 2021
Xəbər sayı: 3489972
Malayziyadakı məscidlərdən biri yerli islami üslubdan tam şəkildə fərqlənir – onun qeyri-adi günbəzləri Rusiya paytaxtının turistlər tərəfindən ən çox ziyarət edilən məkanlarından birini xatırladır.

Malayziyadakı məscidlərdən biri yerli islami üslubdan tam şəkildə fərqlənir – onun qeyri-adi günbəzləri Rusiya paytaxtının turistlər tərəfindən ən çox ziyarət edilən məkanlarından birini xatırladır.

Lapan Kubah məscidi Malayziyanın Trenqanu ştatında yerləşir. İbadətgahın arxitektura üslubu və rəng qamması Moskvadakı Vasili Blajennı kilsəsinə bənzəyir – məscidin 8 günbəzi sanki Rusiya məbədinə baxılaraq çəkilib.

Məscidin layihəsini təxminən 9 il öncə yerli deputat Datuk Seri İdris Yusoh fikirləşib.

Yerli xalq arasında “rus” məscidi adlandırılan məsciddə təxminən 500 müsəlman ibadət edə bilər. /Shafaqna

captcha