IQNA

Qəzza zolağında Quran yürüşü keçirilib - Foto

11:32 - September 05, 2021
Xəbər sayı: 3490661
Fələstinin Qəzza zolağında fəaliyyət göstərən "Darul-Quranil-Kərim vəs-Sünnə" təşkilatı 700 nəfər Quran hafizin iştirak etdiyi "Böyük Quran Yürüşü" təşkil edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Fələstinin Qəzza zolağında fəaliyyət göstərən "Darul-Quranil-Kərim vəs-Sünnə" təşkilatı 700 nəfər Quran hafizin iştirak etdiyi "Böyük Quran Yürüşü" təşkil edib.

"Böyük Quran Yürüşü" Nəsiratın əl-Faruq məscidinin önündən başlayıb, qaçqınların toplaşdığı düşərgədən keçərək şəhərin mərkəzi meydanınadək davam edib.

İslami Cihad Hərəkatının müşayət etdiyi bu yürüşdə HƏMAS-ın siyasi ofisinin idarə məsulu Mahu Havli, HƏMAS-ın siyasi ofisinin üzvü Kamal Əbu Övn, Fələstinin parlament nümayəndəsi və "Darul-Quranil-Kərim vəs-Sünnə" təşkilatının rəisi Abdur-Rəhman əl-Cəməl, HƏMAS-ın rəhbərlərindən olan Qəssan Vəşşah və digər tanınmış şəxsiyyətlər iştirak ediblər.

Fələstinin parlament nümayəndəsi və "Darul-Quranil-Kərim vəs-Sünnə" təşkilatının rəisi Abdur-Rəhman əl-Cəməl yürüşdə iştirak edənlərə təşəkkür və dua edərək vurğulayıb ki, Qəzzanın həqiqi siması budur və bu region həmişə Quran hafizlərinə hörmət və qayğı ilə yanaşıb.

Abdur-Rəhman əl-Cəməl çıxışı zamanı həm də vətəndaşlardan istəyib ki, övladlarını nur və hidayət məkanı olan Quran Hifzi Mərkəzlərinə göndərsinlər. Çünki bu Qurani nəsil, Fələstini azad edən nəsil olacaq və onların bu müqəddəs mübarizə və savaşını Quran və iman doğru səmtə yönləndirəcək. / iqna

 

 

 

captcha