"İQNA"-nın verdiyi xəbərə əsasən, Bu iclas ötən il Korona xəstəliyinin yayılması səbəbindən ləğv edilmişdi. Bir çox vətəndaşlar üçün sual yaranır ki, müxtəlif dinlərin nümayəndələri cəmiyyətdə sülh və həmrəylik kimi ümumi dəyərləri necə təbliğ edə bilərlər? Ona görə də, Almaniyadakı müxtəlif dinlərin nümayəndələri, Haylbronda keçirdikləri toplantıda bu dəfə "cəmiyyət üzvlərinin məsuliyyətində dini icmaların rolu" məsələsinə toxunublar. Almaniyada din nümayəndələrinin 15 üzvü var. Onların arasında protestant, katolik, islam, yəhudi və digər icmaların nümayəndələri var.
Bu görüşdə müxtəlif dinlərin nümayəndələri çıxış ediblər.
Almaniyadakı bütün dini icmaların vəziyyəti eyni deyil. Almaniyadakı İslam təşkilatları daha çox problemlə üzləşirlər. Məsələn, son illərdə Haylbron şəhərində məscid tikmək çətin olub. Yaxud Kölndə müsəlmanlar uzun müddətdir ki, məsciddən azan səsləndirməyə çalışırlar.
Müsəlmanlar Mərkəzi Şurasından Əhməd Aymer, çıxışında müsəlmanların problemlərinə toxunaraq deyib: "İdeal şəraitə nail olmaq üçün çox səy göstərmək lazımdır. Bununla belə, inanıram ki, dinlərarası dialoq vəziyyəti yaxşılaşdırmağa kömək edə bilər. Əlbəttə, bunun da öz problemləri var. Məsələn, din nümayəndələrinin toplantısının əvvəlində müxtəlif problemlər yaşadıq. Lakin zaman keçdikcə bu görüşlər xristian, islam, yəhudi və digər dini icmaları bir-birinə daha da yaxınlaşdırdı."