IQNA

Hollandiya fələstinli ailələrə yardımını dayandırıb

14:07 - January 11, 2022
Xəbər sayı: 3491546
Fələstin vətəndaş cəmiyyəti təşkilatının rəhbəri bildirib ki, Hollandiya hökumətinin fələstinlilərə maliyyə yardımını dayandırmaq qərarı 20 minə yaxın fələstinli ailəyə təsir edəcək.

"İQNA", "Anadolu" Xəbər Agentliyinin ərəb bölməsinə istinadən xəbər verir ki, Fələstində Kənd Təsərrüfatı Komitələri Birliyinin prezidenti Fuad Əbu Seyf deyib: "Hollandiyalılar fələstinlilərə çoxlu maliyyə yardımı edir. Bu birliyə 2013-cü ildən bəri hər üç ildən bir 10 milyon dollar kömək edirlər. Lakin 2022-ci il yanvarın 5-də Hollandiya hökuməti bu yardımı dayandırmaq qərarına gəlib."

O, bildirib ki, bu addım İordan çayının qərb sahilində yaşayan və birliyə bağlı 20 min ehtiyaclı fələstinli ailəyə zərər verəcək.

4027798

captcha