IQNA

Əxlaqsızlığı təbliğ edən filmin nümayişinə Əl-Əzhər reaksiya verib

19:16 - January 30, 2022
Xəbər sayı: 3491654
Əl-Əzhər Beynəlxalq Fətva Mərkəzi əxlaqsızlığı təbliğ edən ərəb filminin nümayişini pisləyən bəyanat yayıb: "Bu filmin nümayişi pis işə dəvət nümunəsidir. Həmçinin həm dinlərin təlimlərinə, həm də insan fitrətinə zidd və cinayətdir."

"İQNA", "Russia Today"-ə istinadən xəbər verir ki, Əl-Əzhər Ümumdünya Elektron Fətva Mərkəzinin icraçı direktoru Usamə əl-Hədidi, cəmiyyəti maraqlandıran mövzuların təqdim edilməsində və müzakirəsində sənətin əhəmiyyətini vurğulamaqla yanaşı, homoseksuallıq kimi mövzuları yaymaqdan çəkinməyə çağırıb.

Netflix-in son günlərdə və internet vasitəsilə istehsal etdiyi ilk ərəb filmi olan "Əshab Vila Əizza"nın nümayişi ərəb icmaları arasında mübahisələrə səbəb olub.

Bu film Misir və Livan aktyorlarının iştirakı ilə çəkilib. Lakin homoseksuallığı təbliğ etdiyinə görə ərəb icmaları tərəfindən kəskin etirazla qarşılanıb.

Əl-Əzhər Fətva Mərkəzinin icraçı direktoru filmə cavab olaraq deyib: "Biz cəmiyyətin dəyərini, mənəvi sistemini dirçəltməyə çalışırıq. İnsanı islah etmək və davranışlarını yaxşılaşdırmaq məqsədi daşıyan hər şeyə böyük diqqət yetiririk. Heç kimin düşünmədiyi çoxlu suallar alırıq. Onlar sağlam düşüncə baxımından qeyri-təbii olan bir çox məsələlərlə bağlıdır. Biz onlara təkcə dini baxımdan deyil, elmi, davranış və psixoloji baxımdan da cavab veririk.

O, əlavə edib ki, İslamda homoseksuallıq qəbul olunmur. Şəriət baxımından cinayət və haram olan bir davranışdır. Qurani-Kərimin qissələri də bunu təsdiq edir.

Əl-Hədidi qeyd edib ki, bu xəstəlik əgər hormonal balanssızlıqdan qaynaqlanırsa, həkimlər tərəfindən müalicə edilə bilər. Hər xəstəliyin dərmanı var. Amma biz homoseksual davranışı heç bir şəkildə qəbul etmirik. Buna qarşı durmaq bizim dini borcumuzdur. Çünki insani və islam fitrət bunu qəbul etmir.

Əl-Əzhər Ümumdünya Fətva Mərkəzi də bu filmin nümayişinə reaksiya verən bir bəyanat yayaraq vurğulayıb: "Əxlaqsızlığın yayılmasında iştirak etmək, fahişəliyi yaymaq və bunu camaata əhəmiyyətsiz göstərmək günah və cinayətləri yayan bir günahdır. Həmçinin dəyərləri və cəmiyyətin təhlükəsizliyini təhdid edir."

4032159

captcha