IQNA

Sudan Quran Cəmiyyəti fəaliyyətini bərpa edib

21:25 - January 31, 2022
Xəbər sayı: 3491663
Sudan hökuməti hazırkı çətin siyasi vəziyyət fonunda öz məqsədlərini həyata keçirmək üçün ölkənin Qurani-Kərim və İslam Elmləri Cəmiyyətinin işinin bərpa ediləcəyini açıqlayıb.

"İQNA", "Nylen"-ə istinadən xəbər verir ki, Sudanın Dini İşlər və Vəqflər Naziri Əbdül-Ati Əhməd Abbas paytaxt və vilayətlərdə Qurani-Kərim və İslam Elmlərinin bütün fəaliyyətinin bərpası barədə göstəriş verib.

Sudanlı nazir Xartumdakı qərargahında bu cəmiyyətin heyəti ilə görüşü zamanı deyib: "Bizim qərarımız Quranı qorumaq, onu müdafiə etmək və xalqın prinsiplərini qorumaq üçün mübarizə aparmaqdır.

Əhməd Abbas, hökumətin Əl-Furqan Radiosunun bütün problemlərinin həllinə və fəaliyyətini davam etdirməsinə səy etdiyini bildirib. O, bu ölkədəki Qurani-Kərim Dərnəyinin bütün əməkdaşlarını hər bir şəraitdə örnək olmağa çağırıb.

4032324

Teqlər: sudan ، quran ، İslam ، cəmiyyət ، dərnək
captcha