IQNA

Virciniya ştatında oruc tutanların iftar süfrəsində İslamla tanış olurlar

10:29 - April 13, 2022
Xəbər sayı: 3492057
Virciniya ştatının ŞARLOTTESVILLE şəhərində böyük bir qrup müsəlman, yerli məmurlar və keşişlərin iştirakı ilə açıq iftar süfrəsi açılıb və dinin təlimləri, o cümlədən Ramazan ayında oruc tutmaq dinləyicilərə izah edilib.

"İQNA", "CBS 19 News"-a istinadən xəbər verir ki, Mərkəzi Virciniya İslam İcması “Welcoming Greater Charlottesville” təşkilatı ilə əməkdaşlıq edərək, Charlottesville şəhərində müqəddəs Ramazan ayını qeyd etmək üçün ictimai iftar yığıncağı keçirilib.

Mərasim müsəlman icmasına dəstək göstərmək, eləcə də qeyri-müsəlmanları müqəddəs Ramazan ayının ayinləri ilə tanış etmək məqsədi ilə ötən bazar günü keçirilib.

Mərasimdə bir sıra yerli rəsmilər, keşişlər və müsəlman alimləri də iştirak edib.

Tədbirdə Mərkəzi Virciniya İslam Assosiasiyasının idarə heyətinin sədri Mudəssir Bəşir Ramazan ayı, onun tarixi və mənası haqqında danışıb.

4048874

captcha