IQNA

Liviyada 10-cu Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək

9:20 - May 30, 2022
Xəbər sayı: 3492317
Bir neçə illik fasilədən sonra iyunun 11-də Benqazidə 10-cu Beynəlxalq Liviya Qurani-Kərimi Hifz və Qiraət Müsabiqəsi keçiriləcək.

İQNA, "Liviya xəbərləri"-nə istinadən xəbər verir ki, Benqazidəki "Yaradıcılığın İnkişafı" Mərkəzi iyunun 11-də Liviya Beynəlxalq Qurani-Kərimin hifzi və qiraəti müsabiqəsini keçirəcək.

Mərkəzdən verilən açıqlamada deyilir ki, bu müsabiqə bir neçə il fasilədən sonra yenidən keçiriləcək. Bu gün dünyanın hər yerindən Qurani-Kərim hafizləri üçün müjdə odur ki, onların iştirakı ilə Quran əhlini qonaq edəcəyik. Quran hafizləri və qariləri diyarı olan ölkəmiz Liviya üçün bu heç də qəribə deyil.

Bu müsabiqədə iştirak etmək istəyənlər "Oqaflibya@gmail.com" elektron poçt ünvanı ilə əlaqə saxlaya və bu müsabiqələrdə iştirak etməyin şərtləri barədə məlumat ala və ya 00218925791706 WhatsApp nömrəsinə zəng edə bilərlər.

4060413

captcha