IQNA

Misirli müəllim Quran hafizlərinə pulsuz dərs keçir

7:27 - July 07, 2022
Xəbər sayı: 3492519
Məhəmməd Səmir Misirdə Qurani-Kərimi əzbərləyənlərə həvəsləndirici bir hərəkətlə pulsuz dərslər verən ərəb dili müəllimidir.

"İQNA", "Əlvan"-a istinadən xəbər verir ki, Məhəmməd Səmir Misirdə orta məktəbdə ərəb dili müəllimidir. O, gəncləri Allaha yaxınlaşdırmaq, onları azğın və iyrənc davranışlardan uzaqlaşdırmaq, savadlı nəsil yetişdirmək məqsədi ilə gözəl bir hərəkətlə Qurani-Kərim hafizlərini pulsuz təhsillə təmin edib.

O, bu haqda deyir ki, bu, mənim üçün Allahla ticarət etmək kimidir. Bu, tələbələrin Quranı oxumağa və əzbərləməyə həvəslənməsinə səbəb olub.

Bu misirli Quran hafizi inanır ki, bu hərəkət onun dolanışığını azaltmayacaq. O, "Az malda bərəkət var" şüarına inanır.

4068708

captcha