"İQNA", Astan Ələvinin məlumat bürosuna istinadən xəbər verir ki, müqəddəs Ələvi ziyarətgahının Darül-Quranının dini və mədəniyyət işləri şöbəsi vilayət həftəsi ilə eyni vaxtda İraqın müxtəlif vilayətlərindən olan qari və hafiz qadınların iştirakı ilə Quran yarışını təşkil edib.
Qurani-Kərimin hifzi üzrə müsabiqənin birincisi, demək olar ki, iki il əvvəl, Korona virusunun yayılması zamanı virtual olaraq keçirilib.
Bu yarışların yeni mərhələsi 114 iştirakçının iştirakı ilə Həzrət Fatimeyi-Zəhra (s) zalında Seyyidə Əminə eyvanında əyani olaraq keçirilib.
4072771