IQNA

Taksim məscidində Quran hafizlərinin ilk qrupu məzun olub

9:53 - August 30, 2022
Xəbər sayı: 3492826
İstanbulun Taksim məscidində Quran hafizlərinin ilk qrupunun buraxılış mərasimi keçirilib.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, İstanbulun Taksim məscidində bu məscidə bağlı İxtisaslaşdırılmış Quran-ı Kərim Hafizləri İnstitutunun Quran hafizlərinin ilk qrupunun buraxılış mərasimi keçirilib.

Bu məsciddə keçirilən mərasimdə 31 nəfər imtahandan uğurla keçərək Qurani-Kərimin hifzi üzrə sertifikat alıb.

Diyanət İşləri Qurumunun Qurani-Kərim hifzi İdarəsinin rəisi İbrahim Yılmaz deyib ki, hər il Quran hafizlərinə 12 min sertifikat verilir.

Taksim məscidi İstanbulun Taksim meydanında yerləşir və bu şəhərin məşhur yerlərindən biridir.

4081777

captcha