IQNA

Türkiyədə yüzlərlə Quran hafizi məzun olub

12:37 - October 28, 2022
Xəbər sayı: 3493157
Kayseri vilayətində bir qrup türk din xadiminin iştirakı ilə 800 Qurani-Kərim hafizinin möhtəşəm buraxılış mərasimi keçirilib.

"İQNA", Türkiyə xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Darul-İftası bu dəfə Türkiyənin mərkəzindəki Kayseri vilayətində Quran hafizlərindən ibarət yeni qrup üçün möhtəşəm mərasim keçirib.

Bu mərasimdə Türkiyənin Diyanət İşləri Başçısı Əli Ərbaş və bu ölkənin bir qrup din xadimi, eləcə də çoxlu hafiz ailələri və Qurani-Kərimə maraq göstərənlər iştirak ediblər.

Türkiyənin Diyanət İşləri Başçısı mərasimdə deyib: "Nə yaxşı ki, ölkəmizdə Quran tilavətinə olan səy, şövq və maraq günü-gündən artır. Quran Allahın insana verdiyi ən böyük nemətdir".

O, bildirib ki, Qurana həyat üçün bir dəlil və bələdçi olaraq inanmalı və onun həyat verən mesajlarını düzgün dərk etməliyik. Qurani-Kərimin mənasını anlamaq və onunla ən yaxşı şəkildə üns qurmaq üçün hər birimiz çox səy göstərməliyik.

O, məzunlara müraciət edərək əlavə edib: "Sizə uğurlar arzu edirəm. Quranı əzbərləmək Allahın insana verə biləcəyi ən böyük nemətdir. Dünyəvi adından asılı olmayaraq, Quran Hafizi olmaq ləqəbi ən yüksək ləqəbdir. İnşallah Quran sizi qorusun".

Bu mərasim 514 kişi və 286 qadın Quran hafizinə 800 icazənin verilməsi ilə başa çatıb.

4094607

captcha