IQNA

Ankarada tarixi Zincirli məscidinin açılışı olub

10:51 - December 18, 2022
Xəbər sayı: 3493429
Ankaradakı tarixi Zincirli məscidinin təmiri başa çatdıqdan sonra bir sıra dövlət rəsmiləri və Türkiyə parlamentinin üzvlərinin iştirakı ilə açılıb.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, iki il davam edən təmir başa çatdıqdan sonra tarixi Zincirli məscidinin qapıları yenidən dindarların üzünə açılıb.

Bu məscidin açılış mərasimində mədəniyyət və turizm naziri Məhəmməd Nuri Ərsoy, bir sıra hökumət rəsmiləri və Türkiyə parlamentinin deputatları iştirak ediblər.

17-ci əsrə aid olan bu tarixi məscidin içərisində axşam namazı çoxlu sayda vətəndaşın iştirakı ilə qılınıb.

Ankaranın “Altındağ” ərazisində yerləşən Zincirli məscidinin təmir işləri Vəqf İdarəsinin nəzarəti ilə iki il ərzində başa çatdırılıb.

Adıçəkilən məscidi 1618-1689-cu illərdə ankaralı Məhəmməd Əmin Şeyxül-İslam Osmani tikdirmişdir. Zincirli məscidi dördbucaqlı memarlıq dizaynına malikdir. Onun dam örtüyü taxtadandır və tikintisində Ankaranın qırmızı daş və kərpicindən istifadə olunub. Bu məscid 1879-cu ildə Ankaranın o zamankı valisi Məhəmməd Xurşid paşanın göstərişi ilə təmir edilib. Zincirli məscidinin həyətində taxtadan tikilmiş iki mərtəbəli dini məktəb var.

4107340

captcha