IQNA

Quran hafizi olan liviyalı futbolçu təltif edilib

21:49 - January 09, 2023
Xəbər sayı: 3493540
Liviyanın “Əl-Misrati” futbol klubunun futbolçusu Məhəmməd Fərəc əl-Həbti gənclər arasında Quranı əzbərləməyi bacarıb və bu klub tərəfindən mükafatlandırılıb.

"İQNA", "Liviya Əl-Müstəqbəl"-ə istinadən xəbər verir ki, Əl-Misrati Birlik Klubu Facebook səhifəsində elan edib: "Xoş o kəsin halına ki, Quranı əzbərləmişdir. Allah bununla ona lütf etmişdir. Çünki onu insanlar arasından seçmişdir".

Bu mesaj belə davam edir: "Elm şəhəri olan "Zlitan"ın övladı futbol komandamızın oyunçusu Məhəmməd Fərəc əl-Həbtiyə ən səmimi təbriklərimizi çatdırırıq. O, Şeyx Əbdüs-Salam Əsmər Əl-Fiturinin rəvayətinə əsasən, Quranı əzbərləməyi bacarmışdır".

Mesajın sonunda bu liviyalı oyunçuya ünvanlanıb: "Quranı əzbərlədiyiniz, bu böyük mükafatı və savabı əldə etdiyiniz üçün sizi təbrik edirik. Allah sizə təqvalı olmaq uğuru nəsib etsin və qəlbinizi hidayət nuru ilə işıqlandırsın".

4113300

captcha