IQNA

Edmontonda Həzrət Zəhranın (s) mövludu qeyd ediləcək

13:01 - January 12, 2023
Xəbər sayı: 3493555
Kanadanın Edmonton şəhərinin İmam Hüseyn (ə) İslam Mərkəzi Həzrət Zəhranın (ə) mövludu və Analar Günü münasibətilə bu mərkəzdə bayram mərasimi keçirir.

"İQNA", xəbər verir ki, bu mərasim 13 yanvar 2023-cü il, cümə günü Edmontondakı İmam Hüseyn (ə) İslam Mərkəzində keçiriləcək. Əhli-Beytin (ə) sevənləri və aşiqləri orada iştirak edəcəklər.
Mərasim Quranın "Ər-Rəhman" surəsinin qiraət edilməsi ilə yerli vaxtla saat 19:00-da başlayacaq.
Qeyd edək ki, cümə günü Cəmadius-Sani ayının 20-si Həzrət Zəhranın (s) mövludu və Analar Günüdür. Bu münasibətlə müxtəlif ölkələrdə şiələr və o həzrəti sevənlər tərəfindən müxtəlif şənliklər keçirilir.
4113896

captcha