IQNA

BƏƏ-də Bint Məktum Quran yarışması sona çatacaq

11:13 - January 14, 2023
Xəbər sayı: 3493560
BƏƏ-də Şeyxə Hind bint Məktum Qurani-Kərim yarışmasının 23-cü dövrəsinin fəaliyyəti başa çatıb.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Şeyxə Hind bint Məktumun Qurani-Kərim yarışmasının 23-cü dövrəsinin 6-cı və sonuncu gününün fəaliyyəti cümə axşamı, yanvarın 12-də başa çatıb. Bu yarışmanın son günündə 9 kişi iştirakçı Beynəlxalq Qurani-Kərim Mükafatının Dubaydakı qərargahında, 9 iştirakçı isə Dubay Qadınlar Hərəkatı Assosiasiyasında yarışıb. Bu tədbirlərdə təşkilat komitəsinin idarə heyətinin sədri, yarışın qonaqları, iştirakçıların valideynləri və yoldaşları və Qurani-Kərim hadisələri ilə maraqlanan bir sıra digər şəxslər iştirak ediblər.

Yanvarın 23-də bağlanış və iştirakçıların mükafatlandırılması mərasimi keçiriləcək.

Bu yarışlarda iştirak edənlərin valideynləri yarışların təşkilat komitəsinə və məsul şəxslərə təşəkkür etməklə yanaşı, Qurani-Kərimin xidmətində bu komitənin səylərini yüksək qiymətləndiriblər.

Artıq 23 ildir keçirilən bu yarışma Qurani-Kərim hafizlərinin etimadını qazana bilib.

Altıncı günün fəaliyyətinin sonunda Dubay Beynəlxalq Qurani-Kərim Mükafat Mərkəzi tərəfindən müsabiqədə iştirak edən tamaşaçılara da hədiyyələr təqdim olunub.

4114234

captcha