IQNA

Sudanda 150 Quran hafizinin buraxılışı mərasimi izdihamla qarşılanıb

12:03 - January 14, 2023
Xəbər sayı: 3493561
Şimal-Şərqi Sudanın Həmşkorib şəhərindəki məktəblərdən 150 Quran hafizinin buraxılış mərasimində insanların izdihamlı iştirakı bu ölkədəki sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Sudanın şimal-şərqində yerləşən Həmşkorib şəhərinin məktəblərindən 150 Quran hafizinin buraxılış mərasimində insanların izdihamlı işriakı bu ölkənin sosial şəbəkə istifadəçiləri arasında böyük əks-səda doğurub.

Həmşkorib şəhərindəki Quran hifzi məktəblərinin rəsmiləri bu Quran hafizlərinin buraxılış mərasimində iştirak etmək üçün insanların böyük izdihamı fonunda "adları Quranla ucaldı" şüarı ilə Quran yürüşü təşkil ediblər.

Bir çoxları bu ölkədə “Xəlavi” adlandırılan Sudandakı Quran məktəblərini Qurani-Kərimin Sudandakı mövqeyini qoruyub saxlamaq üçün ən mühüm mərkəz kimi qələmə verib.

Kiberməkan istifadəçiləri bu mərasimdə Quranı əzbərləyən 9 yaşlı uşağın şəkillərini də dərc ediblər. O, Qurani-Kərimi düzgün tərzdə və təcvid qaydalarına uyğun oxuyub.

Bu barədə Sudan xəbər agentliyi (Suna) məlumat yayıb ki, bu mərasim Əl-Qəzarif valisi, Quran hifzi məktəblərinin rəhbəri və bir sıra digər dövlət rəsmilərinin iştirakı ilə keçirilib.

Əl-Qəzarifdəki Həmşkurib məktəblərinin nümayəndəsi Şeyx Əl-Əmin Həmid bu mərkəzlərdən 150 Quran hafizinin məzun olmasından qürur duyduğunu bildirib.

4114228

captcha